hia.az
hia.az

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

16 dəfə baxılıb 21-01-2026, 13:19

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri sığortalanan obyektlərin dəyərinə uyğun müəyyən edilə bilər.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev İTV-nin "Xəbərimiz var" verilişində bildirib.

Onun sözlərinə görə, sığorta sektorunda strateji prioritetlər müəyyənləşdirilib və buna uyğun tədbirlər icra olunur: "Bu baxımdan daşınmaz əmlakın icbari sığortası çox vacib mövzudur. Odur ki, qanunvericiliyə dəyişiklik layihəsini hazırlayıb aidiyyatı dövlət qurumları ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanına təsdiq üçün göndərmişik. Hal-hazırda qüvvədə olan qanuna görə, sığorta ödənişləri fiks məbləğdə (15-25 min manat) müəyyən edilirsə, yeni mexanizmdə əmlakların dəyərinə uyğun sığorta təminatı müəyyən olunacaq".

"Yeni layihədə yaşayış sahələri üzrə təbii fəlakətlərlə bağlı risklərə xüsusi fokuslanmışıq. Katastrofik hadisələr zamanı daha çevik zərər tənzimlənməsi necə həyata keçirilə bilər, bunlar nəzərdə tutulur. Digər bir istiqamət kimi isə, sığorta əhatəsinin genişləndirilməsi və bunun üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində də kompleks tədbirlər nəzərdə tutulur", - deyə o qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi