hia.az

Kataloniyada qatarların hərəkəti dayandırılıb

17 dəfə baxılıb 21-01-2026, 10:37

Kataloniyada qatarların hərəkəti dayandırılıb

Ötən gecə Barselonada qatarın güclü yağışlar səbəbindən relslərin üstünə çökmüş istinad divarına çırpılması nəticəsində baş verən ağır qəzadan sonra bütün Kataloniya ərazisində qatarların hərəkəti dayandırılıb.

Bu barədə İspaniya mediası ölkənin dəmir yolu infrastrukturunun böyük hissəsini idarə edən "Adif" dövlət müəssisəsinin məlumatına istinadən məlumat yayıb.

Qəza yerli vaxtla saat 21:00 radələrində baş verib. Qəza nəticəsində maşinist həlak olub, daha 37 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

Bu, ilin əvvəlindən İspaniyada baş verən ikinci dəmir yolu qəzasıdır. Belə ki, bundan əvvəl Adamus şəhərində qatarların toqquşması nəticəsində 42 nəfər həlak olmuş və bununla əlaqədar üçgünlük matəm elan edilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi