hia.az
hia.az

Onları mərkəzdə məcburi saxlayırmışlar - Rəsmi açıqlama

17 dəfə baxılıb 19-01-2026, 22:00

Onları mərkəzdə məcburi saxlayırmışlar - Rəsmi açıqlama

Baş Prokurorluq “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı açıqlama yayıb.

Daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, narkomaniyadan əziyyət çəkən və məcburi qaydada orada saxlanılan şəxs metal əşya udaraq intihara cəhd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi