hia.az

Ötən il 5 vəkil Kollegiya üzvlüyündən xaric edilib

15 dəfə baxılıb 19-01-2026, 08:42

Ötən il 5 vəkil Kollegiya üzvlüyündən xaric edilib

Vəkillərin fəaliyyəti ilə bağlı aparılmış intizam icraatlarının nəticələri açıqlanıb.

Bu barədə Vəkillər Kollegiyasının 2025-ci ilin hesabatında qeyd edilib.

Bildirilib ki, bir sıra hallarda intizam tənbehi tətbiq edilməklə yanaşı, bəzi müraciətlər üzrə icraata xitam verilib və ya qiymət verilməsinin mümkün olmadığı müəyyən edilib.

Məlumata görə, 36 halda intizam tənbehi tətbiq edilmədən vəkillərə qanunvericiliyin tələblərinə riayət olunmasının diqqətə çatdırılması ilə kifayətlənilib. 4 vəkilə xəbərdarlıq edilib, 18 halda irad tutulub, 21 vəkilə töhmət verilib, 2 halda cərimə tətbiq olunub.

Bundan əlavə, 10 vəkilin vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılıb, 5 vəkil isə Kollegiya üzvlüyündən xaric edilib.

Eyni zamanda, 40 müraciət üzrə pozuntu müəyyən olunmadığına, şikayətin geri götürüldüyünə və ya digər əsaslara görə intizam icraatına xitam verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi