hia.az
hia.az

Rusiyada eyni doğum evində 9 günə 9 körpə öldü - Baş həkim saxlanıldı

12 dəfə baxılıb 14-01-2026, 11:04

Rusiyada eyni doğum evində 9 günə 9 körpə öldü - Baş həkim saxlanıldı

Rusiyanın Novokuznetsk şəhərinin 1 saylı doğum evində 9 gün ərzində 9 körpə ölüb.

Bu barədə ölkənin Kuzbas vilayətinin səhiyyə naziri Andrey Tarasov bildirib.

Faktla bağlı başlanılan istintaqın versiyasına görə, doğum evinin işçi heyətinin öz peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi səbəbindən 2026-cı ilin 4-12 yanvar tarixləri arasında yeni doğulmuş 9 körpə vəfat edib. Artıq xəstəxananın baş həkimi Vitali Xeraskov və adı açıqlanmayan şöbə müdiri saxlanılıblar. Onlar ehtiyatsızlıqdan ölümə səbəb olmaqda və səhlənkarlıqda şübhəli bilinirlər.

Regional səhiyyə nazirliyinin məlumatına görə isə ölən körpələrin hamısında bətndaxili infeksiya aşkarlanıb.

Qeyd edək ki, 2024-cü ildə sözügedən doğum evində 150 qayda pozuntusu aşkarlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi