hia.az

Tovuzda yük avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

18 dəfə baxılıb 14-01-2026, 06:01

Tovuzda yük avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Qəza zamanı 1975-ci il təvəllüdlü M. İsmayılov və 1975-ci il təvəllüdlü İ. Mirəliyev xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, onlara yardım edilib və vəziyyətlərinin orta ağır olduğu bildirilir. Xəsarət alan hər iki şəxs sürücülərdir.

Qeyd edək ki, zərbənin təsirindən yük avtomobillərindən biri idarəetməni itirərək yoldan çıxıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi