hia.az
hia.az

Nazir cəbhəboyu zonada yerləşən hərbi hissələrdəki tikinti işlərinin gedişatını yoxlayıb

579 dəfə baxılıb 14-10-2016, 16:12

Nazir cəbhəboyu zonada yerləşən hərbi hissələrdəki tikinti işlərinin gedişatını yoxlayıbMüdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.

Bu barədə parlamentinsesi.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə məruzə edilib ki, hərbi şəhərciklərdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Cəbhəboyu zonaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi