hia.az

Prokuror hakim sevgilisini güllələdi

22 dəfə baxılıb 13-01-2026, 16:52

Prokuror hakim sevgilisini güllələdi

İstanbulun Kartal ərazisində yerləşən Bölgə Apellyasiya Məhkəməsində silahlı insident baş verib.

Prokuror Məhəmməd Çağatay Kılıçaslan hakim Aslı Kahramana məhkəmə binasında silahla atəş açaraq onu yaralayıb.

Hadisə günorta saatlarında hakimin iş otağında baş verib. Məlumata görə, prokuror Kılıçaslan silahdan istifadə edərək hakimi ayağından yaralayıb. Hücum zamanı Maltepe Açıq Cəza İcra Müəssisəsində cəza çəkən və məhkəmədə çayçı kimi fəaliyyət göstərən Yakup Karadağ prokurorun ikinci dəfə atəş açmasının qarşısını alaraq daha ağır nəticələrin baş verməsinə imkan verməyib.

Məlumata əsasən, yaralanan hakimə dərhal tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra prokuror Məhəmməd Çağatay Kılıçaslan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

NTV-nin xəbərinə görə, prokurorla hakim arasında keçmişdə sevgi münasibəti olub. Bildirilir ki, münasibətlərin bitməsini Kılıçaslan qəbul etməyib və insident bu zəmində baş verib.

Hazırda məhkəmə binasında hadisə yerinə baxış keçirilir, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisənin təfərrüatları araşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi