hia.az
hia.az

Paşinyan II Qareginin bugünkü fərmanlarını RƏDD ETDİ

6 dəfə baxılıb 10-01-2026, 15:11

Paşinyan II Qareginin bugünkü fərmanlarını RƏDD ETDİ

"Mən artıq bildirmişəm ki, Ktriç Nersisyan (II Qaregin) bütün ermənilərin katolikosu deyil və buna görə də onun verdiyi qərarlar bizim üçün heç bir dəyər kəsb etmir və etibarsızdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin bu gün imzaladığı fərmanları şərh edərkən haqqında bildirib.

Qeyd edək ki, II Qareginin 10 yanvar tarixli fərmanı ilə yepiskop Gevork Saroyan Masiatsotn yeparxiyasının primatı vəzifəsindən uzaqlaşdırılıb.

Gevork Saroyanın dini postdan çıxarılmanın əsas səbəbi kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrini yerinə yetirməməsi və yeparxiyanın ruhanilərinə qarşı təzyiq və zorakılıq tətbiq etməsi göstərilib.

II Qareginin digər fərmanı ilə yepiskop Ruben Zarqaryan yeparxiyanın rəhbəri təyin edilib.

Nikol Paşinyan isə II Qreginin sözügedən fərmanlarını rədd edərək deyib:

“Yepiskop Gevork Saroyan hələ də Erməni Apostol Müqəddəs Kilsəsinin Masiatsotn yeparxiyasının primatı olaraq qalır", - deyə Baş nazir vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi