hia.az
hia.az

Tramp ad gününə görə G7 sammitinin tarixini dəyişdirib?

5 dəfə baxılıb 10-01-2026, 13:39

Tramp ad gününə görə G7 sammitinin tarixini dəyişdirib?

“Böyük Yeddilik” (G7) sammitinin keçirilmə tarixinə dəyişiklik edilib.

Buna səbəb tədbirin keçirilmə tarixinin ABŞ Prezidenti Donald Trampın ad günü ilə üst-üstə düşməsidir.

Bildirilir ki, builki sammit əvvəlcə 14-16 iyun tarixlərinə planlaşdırılıb. Lakin 14 iyun ABŞ-də Bayraq Günü olmaqla yanaşı, həm də Donald Trampın ad günüdür. Üstəlik, bu il ABŞ lideri 80 illik yubileyini qeyd edir.

Daha əvvəl Tramp 14 iyunda Ağ Evin “böyük UFC döyüşü” keçirəcəyini bəyan edib.

Bu fonda G7 sammitinə ev sahibliyi edəcək Fransa tədbirin tarixinə dəyişiklik edərək, onun 15-17 iyun tarixlərində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makronun ofisi sammitin bir gün gec başlaması ilə bağlı qərarın G7 tərəfdaşları ilə məsləhətləşmələr əsasında qəbul edildiyini bəyan edib. Nəşr isə iddia edir ki, bu qərar məhz Trampın özünə ad günü şənliyi keçirmək planları ilə əlaqədardır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi