hia.az

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

26 dəfə baxılıb 9-01-2026, 16:42

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

Azərbaycanda ötən ilin dördüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Flexnet" MMC (14,99), "Sline" MMC (14,12), "Eurosel" MMC (8,61), "Maxinet" MMC (4,32), "Metronet" MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Metronet" MMC (16 gün), "Flexnet" MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), "Megalink" MMC (13 gün), "Azfibernet" MMC (13 gün) qərarlaşıb.

Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması
isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi