hia.az
hia.az

Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib

11 dəfə baxılıb 7-01-2026, 10:13

Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib

İranda davam edən kütləvi etiraz aksiyaları fonunda Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə təhlükəsizlik və hərbi qüvvələr yeridilib.

Bu barədə məlumatı İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyası yayıb.

Məlumatda bildirilib ki, İslam Respublikasının təhlükəsizlik və hərbi qüvvələrinin müşahidə edildiyi bu şəhərlərdə kəşfiyyat idarəsinin bölgədəki bölmələri siyasi və ictimai fəallara telefonla zəng edərək onları etiraz aksiyalarına qoşulmamağa çağırırlar. Təhlükəsizlik orqanlarının nümayəndələri Güney Azərbaycanın ictimai-siyasi və mədəni fəallarını təhdid edərək onların etiraz aksiyalarında iştirakını əngəlləməyə çalışırlar.

Qeyd edək ki, ötən gün Güney Azərbaycan türklərinin hüquqlarının qorunmasını tələb edən fəal Yürüş Mehralıbəyli də həbs edilib. İnformasiyaya görə, o, instaqram səhifəsində İrandakı iqtisadi, sosial və mədəni vəziyyətə dair video paylaşandan sonra saxlanılıb. Mehralıbəyli yaydığı videoda etiraz aksiyalarını dəstəklədiyini bildirib.

Xatırladaq ki, Təbrizdəki İslam İnqilab Məhkəməsinin ikinci bölməsi bir həftə öncə Mehrəlibəylinin 10 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. O, "demokratik qrup yaratmaqda, həmçinin təşkilatlanma və hakimiyyətə qarşı çıxışlara" görə ittiham olunub. Bu iş çərçivəsində daha 12 təqsirləndirilən şəxsin hər biri altı il dörd ay müddətinə azadlıqdan məhrum edilib.

Mehralıbəyli əvvəllər İslam Respublikasının həbsxanalarında doqquz il həbs cəzası çəkib.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi