hia.az
hia.az

Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub

37 dəfə baxılıb 30-12-2025, 10:00

Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub

2025-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci, karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir.

Məlumata görə, 2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edilib ki, cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyon ABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə 190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin noyabr ayında Rusiya Federasiyasına 109,7 milyon ABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6 milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynaya isə 18,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi