hia.az

KİV: Putin və Zelenski arasında beş ildən sonra ilk telefon danışığı baş tuta bilər

26 dəfə baxılıb 29-12-2025, 10:18

KİV: Putin və Zelenski arasında beş ildən sonra ilk telefon danışığı baş tuta bilər

ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında aparılan danışıqlar, beş ildən artıq müddətdən sonra Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında ilk telefon danışığının baş tutmasına katalizator ola bilər.

Bu barədə “Fox News” müzakirələrin gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata sözlərinə görə, Ukrayna və Rusiya liderləri arasında birbaşa danışıqların təşkili Tramp üçün “diplomatik qələbə” ola bilər.

Putin və Zelenski arasında son telefon danışığı 26 iyul 2020-ci ildə baş tutub. Kremlin məlumatına görə, söhbət Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilib və onun gedişində liderlər “Ukraynadaxili böhranın nizamlanmasının müxtəlif aspektlərini ətraflı müzakirə ediblər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi