hia.az
hia.az

Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının müraciətinə CAVAB VERDİ

2 dəfə baxılıb Bu gün, 14:59

Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının müraciətinə CAVAB VERDİ

Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən IX növbədənkənar Qurultayı ilə bağlı müraciətə cavab verib.

Bu barədə APA-ya qurultayda sədr seçildiyini iddia edən Elçin Ağamalı bildirib.

Elçin Ağamalı deyib ki, Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci il tarixində keçirilmiş IX növbədənkənar Qurultayının sənədləri tərəflərindən baxılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib: “Nazirlik müraciətimizə baxıb və sənədlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.1.-ci maddəsinə müvafiq olaraq düzgün tərtib olunmadığı və mübahisəli məqamlar olduğu üçün geri qaytarılıb.

Qurultaydan keçən dövr ərzində Partiyanın əksər rayon (şəhər) təşkilatlarının sədrləri legitim olmayan İdarə Heyətinin qərarları (bir çox hallarda isə ümumiyyətlə heç bir qərar və əsas olmadan) ilə partiya üzvlüyündən azad olunur və 5-10 nəfər kənar şəxslərin iştirakı ilə yeni konfranslar keçirilərək sədrlər seçilir (təyin olunur). Bununla məqsəd tələsik şəkildə yeni nümayəndələrlə partiyanın növbəti qurultayının keçirilməsidir. Partiyanın Nizamnaməsinə əsasən, növbədənkənar qurultay əvvəlki qurultay nümayəndələrinin tərkibində çağrılmalıdır. Başqa sözlə, fərqli nümayəndələrlə keçiriləcək qurultay nizamnamə pozuntusudur və qeyri-legitimdir. Qurultaydan öncə və sonra pariyanın rəhbər orqanlarının qərarlarının legitimliyi ilə bağlı məsələlərin araşdırılması üçün faktlar bir-neçə rayon təşkilatının və Ali Məclis üzvlərinin təqribən yarısının adından Ədliyyə Nazirliyinə iki məktubla təqdim olunub. Həmçinin, partiya sıralarından qanunsuz olaraq çıxarılmış rayon təşkilatı sədrlərinin bir qrupu partiyanın qərarından məhkəməyə müraciət edib. Partiyanın rayon təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması üçün hüquqi müstəvidə fəaliyyətlərini davam etdirirlər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi