hia.az

Vətən müharibəsinin iştirakçısı faciəvi şəkildə öldü - FOTO

26 dəfə baxılıb 18-12-2025, 10:53

Vətən müharibəsinin iştirakçısı faciəvi şəkildə öldü - FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsinin iştirakçısı olan hərbçisi Zeyqəm İbrahimov faciəvi şəkildə vəfat edib.

Onun ölmünə səbəb olan hadisə köhnə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Neftçala rayon Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zeyqəm Kamil oğlu İbrahimovun idarə etdiyi “Priora” markalı minik avtomobili avtobusla toqquşub. Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.

Avtomobildə sıxılıb qalmış meyit Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Zeyqəm İbrahimov hərbi qulluqçu olub və Vətən müharibəsində iştirak edib.

Allah rəhmət eləsin!

“Yeni Sabah”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi