hia.az

Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB - BİRGƏ MƏLUMAT

24 dəfə baxılıb 18-12-2025, 08:38

Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB - BİRGƏ MƏLUMAT

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.

"1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - birgə məlumatda qeyd olunub.

17 dekabr, 22:02

Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib.

Belə ki, kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən minaya düşüb.

O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi