hia.az

Tacikistan Rusiyada 10 yaşlı məktəblinin qətlinin araşdırılmasını tələb edir

34 dəfə baxılıb 17-12-2025, 12:14

Tacikistan Rusiyada 10 yaşlı məktəblinin qətlinin araşdırılmasını tələb edir

Tacikistanın Xarici İşlər Nazirliyi (XİN) Moskvaətrafı Odintsovo şəhərində 10 yaşlı tacik məktəblinin dünən qətlə yetirilməsi ilə əlaqədar Rusiyanın ölkədəki səfiri Semyon Qriqoryevi çağırıb.

Bu barədə nazirliyin bəyanatında bildirilib.

"Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev XİN-ə çağırılıb və ona bu faciəli hadisənin dərhal, obyektiv və qərəzsiz araşdırılması və bütün əlaqəli şəxslərin qanunun tam sərtliyi ilə məsuliyyətə cəlb edilməsi tələbi ilə nota təqdim edilib", - bəyanatda qeyd edilib.

XİN həmçinin qətli qətiyyətlə pisləyib və həlak olan məktəblinin ailəsinə və yaxınlarına dərin başsağlığı verib.

Xatırladaq ki, hadisə dekabrın 16-sı səhər saatlarında Moskva vilayətinin Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsindəki Uspenski orta məktəbinin ərazisində baş verib. Doqquzuncu sinif şagirdi tədris müəssisəsinə bıçaq gətirib, mühafizəçini yaralayıb, qaz balonu atıb və sonra on yaşlı şagirdə ölümcül bıçaq zərbəsi endirib. Hücum edən şəxs saxlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi