hia.az
hia.az

Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB

3 dəfə baxılıb 17-12-2025, 10:17

Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB

Azərbaycan Ordusunun II ordu korpusunun sabiq komandiri general-leytenant Mais Bərxudarovun Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunduğu bilinirdi.

Generalın Baş Hərbi İnspeksiyada hazırkı vəzifəsi rəsmən məlum olub.

Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatdan aydın olub ki, general Mais Bərxudarov hazırda müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü kimi fəaliyyət göstərir.

Mais Bərxudarov ötən gün müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü kimi ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.

Qeyd edək ki, general-leytenant Mais Bərxudarov hazırkı vəzifəyə bu ilin noyabrında müdafiə naziri Zakir Həsənovun müvafiq əmrilə  təyin olunub.

49 yaşlı Mais Bərxudarov 1994-cü ildən Orduda xidmət edir.

O, əvvəllər II ordu korpusunun komandiri olub. M.Bərxudarova 4 noyabr 2022-ci ildə “general-leytenant” ali hərbi rütbəsi verilib.

M.Bərxudarov 2024-cü il oktyabrın 6-da II ordu korpusunun komandiri vəzifəsindən azad olunaraq sərəncama göndərilib.

M.Bərxudarov 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2012-ci ildə "Vətən uğrunda" medalı ilə təltif olunub.

2020-ci ildə Vətən müharibəsindəki iştirakı ilə əlaqdar "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “Qarabağ” ordeni ilə təltif edilib. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi