hia.az

İran Kiprə nota verib

31 dəfə baxılıb 17-12-2025, 09:32

İran Kiprə nota verib

Kipr səfiri Petros Nakuzisi İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb rəsmi Tehranın Kiprin və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxslərinin birgə bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab etməsidir.
Bildirilib ki, İranın xarici işlər nazirinin müavini və Fars körfəzi məsələləri üzrə baş direktor Məhəmməd Alibek görüş zamanı diplomata etiraz notası təqdim edib.
"Səfirə Əbu-Musa, Böyük və Kiçik Tomb adaları İran ərazisinin ayrılmaz hissəsi və ölkənin onlar üzərində tarixi, faktiki və mübahisəsiz suverenliyinin şübhə doğurmadığı bildirilib. İran hər hansı ərazi iddialarını qəti şəkildə rədd edir. Eyni zamanda, ölkə bu cür bəyanatları dövlətlərin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinin pozulması kimi qiymətləndirir", - İran XİN-in bəyanatında qeyd edilib.
Həmçinin, Kipr hakimiyyəti yol verilən səhvi dərhal düzəltməyə və gələcəkdə bu cür addımlardan çəkinməyə çağırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi