hia.az

Rusiyada “YouTube” tam bloklanacaq

27 dəfə baxılıb 16-12-2025, 16:54

Rusiyada “YouTube” tam bloklanacaq

“Rusiyada “YouTube”un yaxın 6 ay - 1 il ərzində tam bloklanması gözlənilir”.

Bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib. 

“Bu, platformanın hələ də mövcud Rusiya qanunvericiliyinə məhəl qoymaması ilə əlaqədardır. Öz məzmunlarını paylaşmaq üçün bu platformadan istifadə edən hər kəs maksimum dərəcədə qısa müddət ərzində “Rutube”, “VK Video” və sair kimi alternativlərə keçməlidir”, - Svintsov bildirib.

Xatırladaq ki, “YouTube”un Rusiya seqmentində məhdudiyyətlər 2024-cü ilin yayından tətbiq edilməyə başlayıb. “Roskomnadzor” həmin vaxt 200-dən çox Rusiya kanalının silinməsi səbəbilə platformaya girişin məhdudlaşdırıldığını açıqlamışdı. Ölkənin böyük mobil operatorları isə 2024-cü ilin dekabrından platformada videoizləməni faktiki bloklayıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi