hia.az
hia.az

Rəqəmsal Logistika Platformasının "Ticarət bələdçisi" modulu istifadəyə hazırdır

3 dəfə baxılıb 15-12-2025, 17:30

Rəqəmsal Logistika Platformasının "Ticarət bələdçisi" modulu istifadəyə hazırdır


Azərbaycanda Rəqəmsal Logistika Platformasının "Ticarət bələdçisi" modulu istifadəyə hazırdır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Prezident İlham Əliyevin idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman rəqəmsal iqtisadiyyatın inkişafına, xarici ticarət əməliyyatlarının sürətləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq logistika zəncirlərində mövqeyinin möhkəmləndirilməsinə xidmət edən fundamental strateji sənəddir", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, fərmandan irəli gələn tapşırıqların icrasına artıq başlanılıb: "Bu çərçivədə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılmaqdadır. Platformanın "Ticarət bələdçisi" modulu istifadəyə hazırdır, digər modulların isə mərhələli şəkildə 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Cənab Prezidentə sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi