hia.az

MM bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib

56 dəfə baxılıb 14-02-2025, 11:20

MM bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib

Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə müzakirəyə çıxarılıb.

Məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov təqdim edib.

Sənəddə qeyd olunub ki, keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib, məhkəmələrə göndərilib.

Həmin müddətdə həmçinin qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib.

Bundan başqa, keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb.

Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə səsə qoyularaq təsdiqlənib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi