hia.az
hia.az

İstanbulda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

47 dəfə baxılıb 6-02-2025, 14:08

İstanbulda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

 
İstanbulun mərkəzində restoranlardan birində baş verən yanğın söndürülüb.

Ölən və ya xəsarət alan olmayıb.

Yanğının səbəbləri hələ ki müəyyən edilməyib, lakin obyektin yerləşdiyi dördmərtəbəli bina tamamilə yanıb.

Qonşu binalara da ziyan dəyib.

***

İstanbulun mərkəzində restoran yanır, hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub.

Restoran İstanbulun tarixi Misir bazarının yaxınlığında, Eminönü səmtində yerləşir.

Obyekt dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.

Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə də məlumat yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi