hia.az
hia.az

Azər Rəcəbovun müavini yenidən həbs edildi

35 dəfə baxılıb 22-01-2025, 09:31

Azər Rəcəbovun müavini yenidən həbs edildi


Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məsləhətçisi və müavini vəzifəsini icra etmiş Seymur Səfərov yenidən həbs edilib.

Gəncə Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

S.Səfərovun şərti cəzası 3 il 6 ay müddətinə həbslə əvəz edilib. O, azadlığa buraxıldıqdan 21 ay sonra məhkəmə zalında həbs olunub.

Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov və idarənin mütəxəssisi Ələkbər Əliyevin isə cəzası azaldılıb. A.Rəcəbova yekun olkaraq 10 il, Ə.Əliyevə isə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xatırladaq ki, onlara daha əvvəl 10 il 6 ay və 3 il 6 ay həbs cəzası kəsilmişdi. S.Səfərov isə şərti cəzaya məhkum edilərək məhkəmə salonundan azadlığa buraxılmışdı.(Qafqazinfo)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi