hia.az
hia.az

Zabratda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

60 dəfə baxılıb 24-12-2024, 10:59

Zabratda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

Bakının Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 250kv.m. olan avtomobil təmiri sexinin bir boksunda baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən digər bokslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksu 80kv.m. sahədə, içərisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin mühərrik və salon hissəsi qismən yanıb.

Avtomobil təmiri sexinin digər 2 boksu və “VAZ-2107” markalı minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi