hia.az
hia.az

KİV: Türkiyə Suriyaya 300 minlik ordu qurmağa kömək edəcək

53 dəfə baxılıb 24-12-2024, 09:02

KİV: Türkiyə Suriyaya 300 minlik ordu qurmağa kömək edəcək

Türkiyə Suriyanın yeni hakimiyyətinə 300 minlik nizami ordu yaratmaqda kömək edəcək.

Bu barədə Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman "Turkiye" qəzetinə bildirib.

"Məqsədimiz bir il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət bunu zəruri edir", - o bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və qısa müddətdə onların sayı 150-200 min nəfərə çatacaq.

"Yaradılacaq orduya İdlibdən "Həyat Təhrir əş-Şam" qruplaşmasının təxminən 40 min üzvü, "Suriya Xalq Ordusunun" 50 min əsgəri, həmçinin keçmiş prezident Bəşər Əsəd rejiminin cinayətlərinə qarışmayan hərbçilər və kəşfiyyat əməkdaşları daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir", - Ə.Osman qeyd edib.

Qəzetin yazdığına görə, türk hərbi kontingenti Suriya ərazisində beş əhəmiyyətli nöqtədə yerləşdiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi