hia.az
hia.az

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

41 dəfə baxılıb 20-12-2024, 15:51

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu, əziz dost.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə Türk dünyasında getdikcə daha mühüm rol oynayır, regionda liderliyini gücləndirir və Belarus Respublikasının etibarlı strateji tərəfdaşıdır.

Sizinlə bu yaxınlarda Bakıda görüşümü məmnunluqla xatırlayıram.
Mən dostluğumuzu və etimada əsaslanan şəxsi münasibətlərimizi, qarşılıqlı dəstəyi və müxtəlif platformalarda açıq konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm.

Əminəm ki, qlobal iqlim forumunun - COP29-un və Dünya Liderləri Sammitinin uğurla keçirilməsi ölkənizin beynəlxalq nüfuzunu daha da gücləndirdi.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, uğurlar, Azərbaycan dövlətinə isə Sizin rəhbərliyinizlə daimi qələbələr arzulayıram”.

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan bu gün Sizin rəhbərliyinizlə dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Əminəm ki, bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi