hia.az
hia.az

BMT: İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitlər düzgün xərclənilmir

41 dəfə baxılıb 22-11-2024, 14:16

BMT: İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitlər düzgün xərclənilmir

İqlim dəyişikliyi ilə mübarizədə ayrılan vəsaitlər lazımi yerə xərclənilmir.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) proqram məsləhətçisi Tetet Lauron COP29 çərçivəsində təşkil edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq iqlim dəyişikliyi ilə mübarizə aparan icmaları dəstəkləmək üçün dövlət vəsaitlərinə ehtiyac var: "Bununla yanaşı, inkişaf etmiş ölkələr bizə borcludur. Burada xeyriyyəçilik üçün toplaşmışıq, amma həm də iqliminiz üçün tarixi ekoloji borcumuzu toplamaq üçün buradayıq. İnkişaf etmiş ölkələr 100 milyard ABŞ dolları ilə bağlı mesajını heç bir şəkildə müsbət qarşılamadılar. COP29-un bitməsinə saatlar qalıb. Ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərini yerinə yetirməlidirlər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi