hia.az

Ermənistan ehtiyatda olan hərbçiləri təlimə çağırır

88 dəfə baxılıb 22-11-2024, 11:07

Ermənistan ehtiyatda olan hərbçiləri təlimə çağırır

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.

Müvafiq qərar layihəsi Ermənistan Müdafiə Nazirliyi tərəfindən təqdim olunub.

Bildirilib ki, qərar layihəsi rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, hazırlanması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurəti ilə əlaqədardır.

Ehtiyatda olan hərbçilərin 25 təqvim günündən çox olmayan müddətə təlimə cəlb ediləcəyi deyilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi