hia.az

Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb

81 dəfə baxılıb 1-11-2024, 14:27

Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb


Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində beşi məktəbli qız olmaqla, azı yeddi nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu barədə "Reuters" polis nümayəndəsinə istinadən məlumat yayıb.

"Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Hədəf polis furqonu idi", - məlumatda qeyd edilib.

Bildirilib ki, ölənlər arasında bir polis əməkdaşı da var, zabitlər də daxil olmaqla 23 nəfər yaralanıb.

Qeyd edilib ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Pakistanın Baş naziri Şahbaz Şərif bəyanatında bu terror aktını pisləyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi