hia.az
hia.az

Lisey əməkdaşları qəzaya düşdü - 5 yaralı

64 dəfə baxılıb 16-10-2024, 13:23

Lisey əməkdaşları qəzaya düşdü - 5 yaralı

Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xaçmaz Peşə Liseyinin beş əməkdaşının adları və vəziyyəti məlum olub:

Yaqubova Şölə Əlizadə qızı-1989-cu il təvəllüd, Diaqnoz: Almacıq sümüyü və əngin sınığı”. Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

Elmira Kərimova Tahir qızı-1988-ci il, Diaqnoz: QKBT, Döş qəfəsinin küt travması, Başın təpə nahiyyəsinin kəsilmiş yarası. Cərrahi müdaxilə olunub, hal-hazırda Siyəzən RMX-da stasionar müalicədədir.

Kərimov İlqar İsrafil oğlu-1966-cı il təvəllüd, Diaqnoz:Sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi”. Hal-hazırda Acil şöbəsində tibbi yardım göstərilir.

Yaqubov Çingiz Ramiz oğlu-1988-ci il təvəllüd, Diaqnoz: Sol üz nahiyyəsinin sıyrılmış yarası, yüngül dərəcəli xəsarət aldığından müalicədən imtina edib.

Rüstəmov Rəşad Nizami oğlu-2000-ci il təvəllüd, Diaqnoz: “Sağ əlin V daraq sümüyünün sınığı”. Müalicədən imtina edib.(Trend)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi