hia.az
hia.az

Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib - YENİLƏNİB

70 dəfə baxılıb 23-09-2024, 11:57

Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib - YENİLƏNİB

Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib.

Bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. S.Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da S.Qafarova VII çağırış Milli Məclisin sədri seçilib.

08:25
Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.

Bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.

Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi