hia.az
hia.az

Peycerlərə əvvəldən partlayıcı yerləşdirilib?

71 dəfə baxılıb 18-09-2024, 09:25

Peycerlərə əvvəldən partlayıcı yerləşdirilib?


Livanın paytaxtı Beyrutda anidən partlayan peycerlərə daha əvvəldən 20 qrama qədər partlayıcı yerləşdirilib.

Bu barədə məlumatı Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən “Əl-Cəzirə” telekanalı yayıb.

Bildirilib ki, partlayan peycerlər 5 ay əvvəl Livana idxal edilib. Hazırda ölkənin xüsusi xidmət orqanları partlayıcının necə aktivləşdirilməsi ilə bağlı bir neçə versiyanı araşdırır.

“The New York Times” qəzeti isə amerikalı məmurlara istinadən peycerlərin partlaması əməliyyatını İsrailin təşkil etdiyini iddia edib.

Onların sözlərinə görə, partlayıcı qurğular Tayvan istehsalı olan peycerlərdə olub. Qəzet yazır ki, partlayıcı qurğular batareyanın yanında qoyulub. Bununla yanaşı, cihazlarda peyceri uzaqdan partlatmağa imkan verən xüsusi qurğunun quraşdırıldığı da iddia olunub.

Onu da qeyd edək ki, İsrail hələ ki bu ittihamlara cavab verməyib.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. O, insident zamanı bir gözünü itirib, digər gözündən isə ağır yaralanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi