hia.az
hia.az

Havalar tez soyudu, binalara istilik vaxtından əvvəl verilə bilərmi? – Rəsmi açıqlama

212 dəfə baxılıb 7-10-2021, 16:09

Havalar tez soyudu, binalara istilik vaxtından əvvəl verilə bilərmi? – Rəsmi açıqlama
Bu ilin oktyabr ayı havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır. Belə ki, havanın orta sutkalıq temperaturu 16.9 dərəcə təşkil edir. Bu isə öz növbəsində insanlarda binalara istilik verilməsi prosesinin ötən illərdən fərqli olaraq daha tez həyata keçirilməsi ilə bağlı istəklər yaradıb.

Maraqlıdır, binalara istiliyin verilməsi bu il üçün daha tez baş tuta bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan "Azəristiliktəchizat" ASC- nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev binalara istiliyin verilməsinin noyabrın 1-dən başlanacağını bildirib:

"Respublika ərazisində yaşayış binalarına və sosial obyektlərə istilik təchizatı dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən, Bakı şəhərində və digər ərazilərdə isə noyabrın 15-dən verilməsi nəzərdə tutulub. Havalar hələ o dərəcədə kəskin soyumayıb ki, mövsümün vaxtından qabaq başlanması ilə əlaqədar qərar qəbul edilsin. Hələ ki, istiliyin verilməsinin tezləşdirilməsi ilə bağlı plan yoxdur".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi