hia.az
hia.az

Vilayət Eyvazov bu rayonun polis rəisini işdən çıxardı - Yeni təyinat (FOTO)

312 dəfə baxılıb 6-10-2021, 13:22

Vilayət Eyvazov bu rayonun polis rəisini işdən çıxardı - Yeni təyinat (FOTO)
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Səbail Rayon Polis İdarəsinə yeni rəis təyin edib.

Azadmedia.az xəbər verir ki, nazirin əmri ilə Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilərək Səbail RPİ-yə rəis təyin edilib.

H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.

Qeyd edək ki, Səbail RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov avqust ayında tutduğu vəzifədən azad edilərək Bakının Sabunçu rayonuna rəis təyin edilib.

Fotoda: Cavid Muradov

Vilayət Eyvazov bu rayonun polis rəisini işdən çıxardı - Yeni təyinat (FOTO)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi