hia.az
hia.az

Ayasofya məscidinin elektron surəti yaradıldı

74 dəfə baxılıb 19-06-2024, 16:05

Ayasofya məscidinin elektron surəti yaradıldı


Türkiyədə məşhur Ayasofya məscidinin elektron surəti yaradılıb, bu isə onun zəlzələ zamanı hətta dağılsa belə, bərpasına imkan verəcək.

Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində Fondlar Baş İdarəsi tərəfindən həyata keçirilib.

Mütəxəssislər iki il ərzində məscidin, demək olar ki, hər kvadratsantimetrini skan ediblər, tikintisi hələ eramızın 537-ci ilində tamamlanan obyektin “elektron klonu”nu yaradıblar.

Layihə İstanbulun tarixi rəmzlərindən birinə dair bütün məlumatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə zəmanət verir.

“Biz istəyirik ki, Ayasofya 500 ildən sonra da bugünkü kimi qalsın. Toplanmış məlumatlar sayəsində təbii fəlakətlərdən ciddi ziyanın dəyəcəyi təqdirdə tikilinin memarlıq görünüşünün bərpası mümkün olacaq”, - Fondlar Baş İdarəsinin nümayəndəsi Şəngül Koncagül jurnalistlərə bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi