hia.az
hia.az

DİM isti hava şəraiti ilə əlaqədar imtahanların saatını dəyişdirib

77 dəfə baxılıb 29-04-2024, 13:38

DİM isti hava şəraiti ilə əlaqədar imtahanların saatını dəyişdirib

Dövlət İmtahan Mərkəzi mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanların bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlaması barədə qərar qəbul edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmayacaq. Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.

Xatırladaq ki, imtahan adətən saat 11.00-da başlayırdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi