hia.az
hia.az

Nobel mükafatlı professor Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

54 dəfə baxılıb 29-03-2024, 11:31

Nobel mükafatlı professor Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ


Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.

Bu barədə UNEC rektoru Ədalət Muradov məlumat verib.

O qeyd edib ki, Muhammad Yunus UNEC Rektoruna müraciət edib.

"Müraciətində professor Məhəmməd Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhfə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim.

UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm", - rektor bildirib.

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus 1940-cı ildə anadan olub. Banqladeşli professor ilk dəfə olaraq 2016-cı ildə ölkəmizdə olub.

Professor Məhəmməd Yunus 20 fərqli ölkədən olan universitetlərdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Onun adı “Son 25 ilin ən nüfuzlu biznes adamları”, “Dövrümüzün 12 dahi sahibkarları”, “Top 100 intellektual şəxslər” kimi önəmli siyahılarda da çəkilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi