hia.az
hia.az

Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək

214 dəfə baxılıb 30-09-2021, 11:06

Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.

“İşğaldan azad olunan Qarabağ torpağında bərpa işləri sürətlə davam etdirilir. Bir ildə əldə edilən nəticəni görsəniz, qürur duyarsınız. Füzuli aeroportunun inşası bitmək üzrədir. Yaxın vaxtlarda hava limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasiminə qatılacaq”, - dövlət rəsmisi bildirib.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib və sentyabrın 5-də sınaq uçuşu həyata keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi