hia.az
hia.az

Ölənlərin sayı 115-ə çatıb - Rusiyadan son xəbər

173 dəfə baxılıb 23-03-2024, 14:34

Ölənlərin sayı 115-ə çatıb - Rusiyadan son xəbər



Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115- nəfərə çatıb.


Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.


Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, terror aktı nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır qiymətləndirilir.


****


12:42


Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib.


Siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.


Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.


****


10:42


Sonuncu məlumata görə, “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 80 nəfər həlak olub, onlardan 3-ü uşaqdır.


Ölənlərin sayının arta biləcəyi bildirilir. Xəstəxanalarda 121 nəfər müalicə alır.


Həlak olanların rəsmi siyahısı Moskva vaxtı ilə saat 10-da dərc ediləcək.


Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi