hia.az
hia.az

Rusiya bu gün... - Fotolar

100 dəfə baxılıb 23-03-2024, 11:32

Rusiya bu gün... - Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Hadisə nəticəsində 82 nəfərin həlak olduğu, 107 nəfərin isə yaralandığı bildirilir.

Artıq bu gün səhər saatlarından etibarən Rusiyanın müxtəlif şəhərlərində ictimai yerlərdə, dayanacaqlarda faciə tarixi və “yad edirik” sözləri yazılmış lövhələr quraşdırılıb. İnsanlar faciə qurbanlarını yad etmək üçün həmin lövhələrin, meriya binalarının qarşısına toplaşır və gül-çiçək düzür, şam yandırırlar.

Həmçinin səhər saatlarından etibarən terrorda yaralananlar üçün qanvermə aksiyalarına başlanılıb. Vətəndaşlar əlverişsiz hava şəraitinə baxmayaraq qan vermək üçün növbələrə düzülür.

Rusiyanın müxtəlif şəhərlərində çəkilmiş görüntüləri təqdim edirik:












XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi