hia.az
hia.az

Bu rayonlara qar yağıb

86 dəfə baxılıb 22-03-2024, 09:50

Bu rayonlara qar yağıb


Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatı yayıb.

Ökə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb

Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 11 sm olub.

Düşən yağıntının miqdarı Astarada 10 mm, Lənkəranda 7 mm, Oğuzda 5 mm, Qobustan, Qəbələ, Ordubad, Göyçay, Zərdab, Şəki, Qusar, Tərtər, Yevlax, Göygöl, Naftalan, Tovuz, Ağstafa, Balakən, İmişli, Kürdəmir, Göytəpə, Sabirabad, Yardımlı, Şahbuz, Şərurda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Göyçay, Beyləqan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-6, Naxçıvan MR-da 7, Aran rayonlarında 7, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta qeydə alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi