hia.az
hia.az

Makron idman zalındakı bu fotosuna görə ələ salındı

65 dəfə baxılıb 21-03-2024, 13:54

Makron idman zalındakı bu fotosuna görə ələ salındı

Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu boks məşqi zamanı idman zalında çəkdirdiyi fotoya görə ələ salıb.

Filippo bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Makron Putinlə döyüşmək istəyir, buna görə də hazırlaşır", - deyə siyasətçi Makronu ələ salaraq vurğulayıb.

Vətənpərvərlər Partiyasının liderinin fikrincə, Makronun özünü lider kimi tanıtmaq üçün bu cür cəhdləri zövqsüz təbliğatdan başqa bir şey deyil.

Qeyd edək ki, fotonu prezidentin şəxsi fotoqrafı Soaziq de la Muassoner sosial şəbəkələrdə paylaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi