hia.az
hia.az

Naxçıvanda ağır qəza - 3 ölü, 4 yaralı

142 dəfə baxılıb 19-03-2024, 13:27

Naxçıvanda ağır qəza - 3 ölü, 4 yaralı

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. Yağışlı havada "Niva" markalı avtomobillə "Hyundai-Santa fe" markalı avtomobil toqquşub. Nəticədə "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu və "Hyundai"də olan sərnişinlər Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.

Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi