hia.az
hia.az

Rusiyada prezident seçkiləri keçirilir

81 dəfə baxılıb 15-03-2024, 08:58

Rusiyada prezident seçkiləri keçirilir

Rusiyada prezident seçkilərinə start verilib.

Paytaxt Moskvada 2200-dən çox seçki məntəqəsi açılıb.

Ölkə üzrə seçki məntəqələri hər gün yerli vaxtla 08:00-dan 20:00-a qədər açıq olacaq.

Seçicilər məntəqələrdə ya kağız bülletenlərlə ənənəvi qaydada, yaxud da elektron səsvermə terminallarından istifadə edərək səs verə bilərlər. Rusiya və ölkədən xaricdə olan 114 milyondan çox rusiyalı səsvermə hüququna malikdir.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparacaq. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi