hia.az
hia.az

Bu gün Nərimanovda qaz olmayacaq

114 dəfə baxılıb 15-03-2024, 08:22

Bu gün Nərimanovda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumatı yayıb

Məlumata görə, Nərimanov rayonu, Keşlə qəsəbəsi, H.Əliyev prospekti 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun bir hissəsinin (Atletlər kəndi, "Dost" İş mərkəzi, "Asan xidmət" mərkəzi, Dövlət Neft Fondu, Media kəndi, DİN hospitalı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də H. Əliyev və Z. Bünyadov prospektlərinin bir hissəsində və Böyükşor ərazisində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi