hia.az
hia.az

DİM rus dili fənni üzrə mütəxəssislər axtarır

239 dəfə baxılıb 29-09-2021, 13:42

DİM rus dili fənni üzrə mütəxəssislər axtarır
Dövlət İmtahan Mərkəzi rus dili fənni üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

Fənn üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları aşağıdakılardır:

- Rus dili və ədəbiyyatı fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək;

- Fənn üzrə ümumi metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak etmək.

İxtisas tələbləri və digər şərtlər:

• Namizəd aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Filologiya (rus dili və ədəbiyyatı);

- Xarici dil müəllimliyi (rus dili üzrə);

• Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;

• Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir.

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki əmək müqaviləsinə əsasən müəyyən olunur. Vakansiya ilə maraqlanan şəxslərdən CV formasını yükləyib tam şəkildə dolduraraq 2021-ci il oktyabrın 10-dək test@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi