hia.az

Hərbi vəzifəlilərin atəş hazırlığı... - Video

129 dəfə baxılıb 24-02-2024, 12:17



Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.

Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb.

Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub.

Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi