hia.az
hia.az

Beyləqanda 16 yaşlı qız 42 yaşlı şəxsə ərə verilir? - AÇIQLAMA

88 dəfə baxılıb 22-02-2024, 14:55


Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar paylaşılıb.

Sosial şəbəkələrdə paylaşılan iddialar televiziya verilişlərindən birində müzakirəyə çıxarılıb. Hətta qızın anası televiziya ilə əlaqə saxlayaraq vəziyyəti izah edib, toyun olmadığını və qızını elçi gələn ailənin 42 yox, 27 yaşlı oğluna verdiyini deyib.

Sosial şəbəkələrdə yayılan fotolarda isə həmin şəxsin 27 yaşlı birinə bənzəmədiyi iddia edilir.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslıaçıqlamasında bildirib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş müraciət araşdırılıb.

Onun sözlərinə görə, gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub:

"Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər.

Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”.(Oxu)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi